Modern dünya ilə İslam arasında sıxılıb qalan bir ölkə görünüşü sərgiləyən Malayziyada xalqa "Sevgililər Günü"nün haram elan edildiyi xatırladılıb. "Qaynar.info"-nun verdiyi xəbərə görə, Dövlət Din İşləri tərəfindən verilən xatırlatma elanında 2005-ci ildə Sevgililər gününün haram elan edildiyini açıqlayan fətva yenidən diqqətə çatdırılıb. Müfti M. Tahir Samsudin, bu gündən İslamdan kənar bir bayram olduğunu bildirib. Bu cür bayramların xristiyanlıqla əlaqədar ünsürlər daşıdığını söyləyən Samsudin, "Sevgililər Günü" bayramının İslam qanunları və dəyərlərinin pozulması anlamına gəldiyini söyləyib.