İsrail əsgərləri cümə namazının qılınmasından sonra məscidə hücum edərək,camaatı atəşə tutublar. Verilən xəbərlərə görə ən az 3 nəfər yaralanıb. Reuters ve İsrail mətbuatı bildirib ki,münaqişə Fələstinlilərin İsrail əsgərləinə daş atmasından sonra baş verib. Bunun qarşılığında İsrail əsgərləri səs bombalarından istifadə edib. Xatırladaq ki,son zamanlarda Məscidul-Aqsada Fələstinlilərlə İsraillilərin arasındakı gərginlik daha da şiddətlənmişdir.